NƏQLİYYAT

“Sovetski” belə olacaq - FOTO+VİDEO
05 AVQUST
2838

“Sovetski” belə olacaq - FOTO+VİDEO

2016-08-05 14:43:00

Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə aparılan abadlıq işlərinin layihəsi və gələcək görüntüsü açıqlanıb. “Azəravtoyol” ASC-dən fins.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, söküntü işləri aparılan 26 hektar ərazidə yolların, eləcə də park və yaşıllıqların salınması nəzərdə tutulub.

Eləcə də bax: «Sovetski» ətrafında evlər bahalaşacaq

Layihəyə 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi daxildir. Bu işlər çərçivəsində Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası da nəzərdə tutulur.

Xatırladaq ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədilə Prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə ilkin olaraq beş milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272