NƏQLİYYAT

Bakının bu küçəsində hərəkət məhdudlaşacaq
05 AVQUST
161

Bakının bu küçəsində hərəkət məhdudlaşacaq

2016-08-05 11:06:00

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin  (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər,  Neftçilər prospektində  (Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissəsində)  yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq . Bununla əlaqədar olaraq sözügedən  prospektdə  avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272