NƏQLİYYAT

2 gündə 21 mindən sürücüyə cərimə yazılıb
03 AVQUST
688

2 gündə 21 mindən sürücüyə cərimə yazılıb

2016-08-03 16:06:00

Avqustun 1-i və 2-də respublika yollarında keçirilən reydlər nəticəsində 21029 nəfər sürücü inzibati məsuliyyətə cəlb olunub. Fins.az "Trend"-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, 154 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 11 mindən çoxu isə sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub.

Şöbə rəisi bildirib ki, reydlər avqustun sonuna qədər davam edəcək: “Respublika ərazisində reydlər təşkil olunub. Reydlər yalnız şənbə və bazar günləri deyil, həftə boyu bütün regionlarda keçirilir. Sürücülərimiz yola çıxmazdan əvvəl nəzərə alsınlar ki, yay mövsümündə, xüsusilə də avqust ayında məzuniyyətdə olan insanların sayı daha çoxdur və yollarda hərəkətin intensivliyi də kifayət qədər artır. Sürücülərin yol hərəkəti qaydalarına riayət etmələri mühüm əhəmiyyət daşıyır. İl ərzində ən çox yol-nəqliyyat hadisələri məhz iyul-avqust aylarına təsüdüf edir. Yollarda hərəkətin intensiv olması, intizamsız sürücülərin yol-hərəkəti qaydalarını kobud şəkildə pozmaları, bəzən istirahət mərkəzindən qayıdan insanların sərxoş vəziyyətdə sükan arxasına oturmaları, sürət həddinə əməl etməmələri və digər bu kimi qayda pozuntuları son nəticədə ağır qəzalara gətirib çıxarır”.

K.Əliyev deyib ki, belə halların qarşısını almaq üçün yol polisinin bütün şəxsi heyəti artıq səfərbər olunub və regionlarda reydlər gündəlik keçiriləcək: “Sürücülərdən xahişimiz odur ki, yola çıxarkən bu qaydalara, yollarda sürət həddinə ciddi riayət etsinlər, özlərinin və avtomobildə olan sərnişinlərin, ailə üzvlərinin həyatını təhlükəyə atmasınlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274