NƏQLİYYAT

Bakıda şopinq həvəskarları üçün - YENİ KAMPANİYA
01 AVQUST
584

Bakıda şopinq həvəskarları üçün - YENİ KAMPANİYA

2016-08-01 13:00:00

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda bütün şopinq həvəskarları üçün yeni kampaniyaya start verib. Şirkətdən Fins.az-a verilən məlumata görə, indi bütün yeni “Uber” istifadəçiləri smartfonlarında tətbiqə müvafiq promokodu daxil edərək paytaxtın üç ən tanınmış ticarət mərkəzinin birinə tam pulsuz gedə biləcəklər.

Yeni kampaniya şəhərin üç populyar alış-veriş mərkəzini əhatə edir: “28 Mall”, “Ganjlik Mall” və “Port Baku Mall”. Sözügedən üç ticarət mərkəzinin birinə pulsuz gediş əldə etmək üçün üç promokoddan birini smartfondakı tətbiqə daxil etmək lazımdır – PORTBAKUMALL, GanjlikMall və ya 28Mall.

Aksiyada necə iştirak etmək olar?

Smartfona “Uber” tətbiqini yükləmək;
PORTBAKUMALL, GanjlikMall və ya 28Mall promokodlarından birini daxil edərək avtomobil sifariş vermək;
Hər bir promokod sözügedən ticarət mərkəzinin birinə yalnız bir pulsuz gediş imkanı verir;
Hər bir yeni istifadəçi üç promokodun yalnız birindən yararlana bilər;
Promokodlar ancaq yeni “Uber” istifadəçilərinə şamil olunur.

Kampaniya 31 sentyabr 2016-cı il tarixinədək davam edəcək.

“Uber” əməkdaşlarının 80%-dən çoxu proqramçı olduğundan şirkət öz inkişafı üçün analoji strategiyaları üzərində dayanır və məhz bu səbəbdən “Uber”in marketinqi də texnolojidir. O, istifadəçilərə maksimal rahat xidmət göstərmək və onların hər birinə ilk dəfə olaraq sözügedən xidmətdən tam pulsuz yararlanaraq onu sınaqdan keçirmək imkanını yaradır.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Tariflər barədə ətraflı məlumat: https://www.uber.com/cities/baku/.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272