NƏQLİYYAT

Bakıda avtobuslarda vahid kart işləyəcək
27 İYUL
369

Bakıda avtobuslarda vahid kart işləyəcək

2016-07-27 17:53:00

Bakıda bütün avtobuslarda nağdsız ödəmə sistemi tətbiq ediləcək. Bu barədə fins.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova nəqliyyatda gediş haqqı ödənişlərinin vahid kartla həyat keçiriləcəyini bildirib:

“İndiyə qədər “Bakıkart” vasitəsilə ancaq bir daşıyıcı şirkətin avtobuslarında və metroda istifadə edilir. Ancaq ilin sonuna qədər bütün avtobuslarda bu kartın tətbiqənə başlanılacaq. Bununla bağlı artıq daçıyıcı şirkətlərə müraciət olunub”.

Mətbuat katibinin sözlərinə görə, “Bakıkart” nəqliyyat vatisələri ilə yanaşı muzeylərə, tarixi abidələrə giriş zamanı da istifadə ediləcək. N.Allahyarova qeyd edib ki, vahid kart sisteminin tətbiqınə keçidlə bağlı avtobuslarda ödəmə terminalları quraşdırılacaq. Bununla ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayını dəqiq müəyyən etmək mümkün olacaq.

Xatırladaq ki, Nəqliyyat Nazirliyi 2014-cü ildə nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə bağlı müxtəlif daşıyıcı şirkətlərə məxsus avtobuslarda ödəmə terminalları quraşdırıb. Ancaq onlar demək olar ki, istifadə edilmədi.

İndi vahid kart sisteminə keçidlə bağlı köhnə terminallların taleyinə gəlincə, N. Allahyarova həmin aparatların istifadə edilməyəcəyini bildirib. Qeyd edib ki, bütün avtobuslarda yeni ödəmə terminalları quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272