NƏQLİYYAT

Xəzər limanları ilə yük daşımalarının həcmi 15% azalıb
26 İYUL
181

Xəzər limanları ilə yük daşımalarının həcmi 15% azalıb

2016-07-26 11:13:00

Azərbaycanın dəniz limanları 2016-cı ilin I yarısında yük daşımalarının həcmini 15% - 4 mln. 80,2 min tona qədər azaldıblar. Bu barədə Fins.z-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Yüklərin ümumi həcmindən 3 mln. 769,4 min ton və ya 92,4% beynəlxalq tranzit yüklərin, 7,6% yerli yüklərin payına düşüb”,- deyə komitədən bildirilib.

2015-ci ildə Azərbaycanın dəniz limanlarında 8,55 mln. ton yük emal edilib.

Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının 17 yanalma körpüsü var (xam neft və neft məhsullarının daşınması üçün 5, taxta-şalban və digər yüklər üçün 10, sərnişindaşıma üçün 2 yanalma körpüsü). Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsinə tikilən yeni Bakı Beynəlxalq Dəmiz Limanının yeni bərə terminalı istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272