NƏQLİYYAT

Çin daşımalarda Azərbaycanı seçdi
21 İYUL
373

Çin daşımalarda Azərbaycanı seçdi

2016-07-21 10:18:00

"Azərbaycan elə bir nöqtədə yerləşir ki, Avropa ilə Asiyanı birləşdirir və Çinin də buradan yükləri gedir. Son hadisələrdən sonra Ukraynanın yüklərinin Azərbaycan vasitəsilə daşınması, Türkiyə-Rusiya arasında münasibətlərin gərginləşməsi nəticəsində Türkiyədən böyük yük maşınlarının respublika ərazisindən buraxılması onu göstərir ki, Azərbaycanın yükdaşımalar üçün ən uğurlu mərkəz olmasına maraq çoxalıb".

Fins.Az-ın Marja.az-a verdiyi məlumata görə, bu haqqda Yeni Azərbaycan Partiyasının "Azərbaycan Dəmir Yolları" QSC üzrə ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov deyib.

"Bir müddət bundan əvvəl Almaniyanın nəhəng beynəlxalq daşımaçılıq şirkəti olan "DHL"lə protokol imzalanıb. Burada əsas məqsəd odur ki, bütün yüklər Bakıya toplansın və burdan paylansın. Böyük İpək yolu Çini Avropa ilə birləşdirəcək. "

X.Hümbətovun sözlərinə görə, belə bir nəhəng beynəlxalq daşımaçılıq şirkətinin Çindən daşımaları Azərbaycan üzərindən həyata keçirməsinin ölkəmizin büdcəsinə böyük gəlirlər verəcəyi şübhəsizdir:

Sədr onu da əlavə etdi ki, bu ilin sentyabr ayında Çindən gələn iki yük qatarı Azərbaycandan keçməklə Gürcüstanın Poti limanına yola salınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272