NƏQLİYYAT

Bakıda ən sərfəli taksi hansıdır? – SİYAHI - QİYMƏTLƏR
19 İYUL
13686

Bakıda ən sərfəli taksi hansıdır? – SİYAHI - QİYMƏTLƏR

2016-07-19 11:00:00

Bazarda taksi xidməti təklif edən şirkətlərin sayı  əvvəlki illərlə müqayisədə xeyli çoxalıb. Rəqabətli mühit isə taksi xidmətiin gediş haqqılarına təsir göstərir. Bu isə fərdi xidmət göstərən taksiləri yavaş-yavaş aradan çıxartmaqdadır.  Taksi şirkətləri daha çox müştəri qazanmaq məqsədilə tez-tez müxtəlif endirimli kampaniyalar və fürsətlər paketi təqdim edirlər.  Fins.az Bakı şəhərində fəaliyyət göstərən taksi şirkətərinin müqqayisəli qiymətlərini təqdim edir. 

Endirim təklif edən şirkətlər

«189 Taksi» gecə saat 12:00-dan 6:00-a qədər taksi xidmətindən istifadə edən  müştərilərə 20%, daimi müştərilərə isə 10-15% endirim təklif edir.

OK müştərilərə bu endirimləri təklif edir: çimərliyə gediş-gəliş üçün 15% endirim, yəni 5 km.cəmi 2.80azn  və hər altıncı km. PULSUZ.

Hava limanına Endirimli gediş-gəliş cəmi 9.7 azn. Sumqayıt şəhərinə endirimli gediş-gəliş cəmi 13.9 azn

Hər müştəri üçün danışıq dəqiqələr hədiyyə olunur. Sifariş üçün zənglər PULSUZ

Taksilər «Facebook»dadır

Digər maraqlı tendensiya - demək olar ki, bütün takmsi şirkətlərinin Facebook səhifəsi və bəzilərinin isə hətta internet saytı da var. Burada onlar müştəriləri suallarını cavablandırırlar. Hələlik sosial şəbəkələr vasitəsilə taksi sifariş etmək mümkün deyil. Amma müştərilər burada gediş haqlarını öyrənə və suallarına dərhal cavba ala bilərlər.  Bütün proseslər ora gedir ki, yaxın gələcəkdə taksini sosiaol şəbəkə vasitəsilə də sifariş etmək mümkün olacaq.

«Pulsuz dondurma»

Bəzi şirkətlər isə qiymət endirimi etməsələr də müştərilərin rəğbətini qazanmaq üçün müxtəlif kampaniyalar keçirirlər. Məsələn, «Uber» şirkəti Ramazan ayında  3 gün ərzində müşərilərə 8 AZN-ə qədər gedişi ödənişsiz etmişdi, hər bir müştəri 3 gün ərzində bu xidmətdən cəmi bir dəfə istifadə edə bilərdilər. Həmçinin şirkət, 15 iyulda müştərilərə pulsuz dondurma təklif edirdi.

Taksilərdə əlavə xidmətlər 

Bəzi şirkətlər isə təkcə taksi xidməti ilə deyil, oxşar sahəvi xidmətlər də göstərirlər. Məsələn, City Taxidə müştərilərə uşaq oturacağı  təklif edilir – bu xidmət - 4 manata başa gəlir.  Sürücünün yükləri daşımaq üçün müştəriyə köməyi isə 3 manata başa gələcək. Müştərini lövhəciklə qarşılama xidməti də var – bu bir manatdır. Yüklərin daşınması üçün universal kuzovlu avtomobilin göndərilməsi əlavə 3 manat tutacaq. Heyvanların daşınması isə əlavə 3 manat xərc tələb edir.

Felix Taxi- Taksi xidmətləri, Ayıq sürücü və Evakuasiya xidmətlərini göstərir. 

Uber X-də-

•  Sürücülər gedişin nominal qiymətini əvvəlcədən təyin edə bilərlər, belə bir seçim tətbiqdə mümkündür

• Qiymətləndirmədə tam şəffaflıqdır: hər bir gedişdən sonra istifadəçi electron poçt vasitəsi ilə gediş haqqı və marşrutu haqqında hesabatı alır

Ok Taksidə 15 dəqiqədən yuxarı gözləmə zamanı daimi müştərilər üçün əlavə haqq istənilmir, yeni müştərilərdən tələb olunan gediş haqqı isə dəyişə bilər.

Aşağıdakı cədvəldə taksi şirkətlərinin müxtəlif istiqamətlər üzrə qiymətləri, sifariş vasitələri  və digər şərtləri ilə tanış ola bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272