NƏQLİYYAT

Metroda gedişhaqqı artacaqmı?
18 İYUL
401

Metroda gedişhaqqı artacaqmı?

2016-07-18 14:32:00

Azərbaycanda Tarif Şurasının verdiyi qərara əsasən, elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub. Bu qərardan sonra ölkədə metroda gediş haqqının artacağı ilə bağlı söz-söhbət yaranıb. İddia olunur ki, sentyabr ayından etibarən gediş haqqı 40-50 qəpik civarında müəyyən olunacaq.

Fins.az bildirir ki, məsələ ilə bağlı baku.ws İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəriAbbas Əliyevlə əlaqə saxlayıb. Nazirlik rəsmisi bildirib ki, hazırda Tarif Şurasının gündəliyində metroda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur.

Qeyd edək ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də gediş haqqının artırılması məsələsinə münasibət bildirib. O qeyd edib ki, qiymətləri Tarif Şurası tənzimləyir və hələlik qiymət artımı ilə bağlı onlar tərəfindən heç bir müraciət olunmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272