NƏQLİYYAT

Bakıda daha bir yol açıldı
14 İYUL
278

Bakıda daha bir yol açıldı

2016-07-14 17:53:00

Bakıda daha bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib. "Azəravtoyol" ASC-dən fins.az-a verilən xəbərə görə, Nəsimi rayonu Süleyman Rüstəm küçəsinin Koveroçkin (ABŞ səfirliyinin arxası) və Füzuli küçələri arasında yerləşən hissəsi istifadəyə verilib.

Təmir-bərpa işlərinin aparıldığı hissənin uzunluğu 950 metr, eni isə 9 metrdir. Aparılmış işlər zamanı küçənin köhnə asfalt-beton örtüyünün dağılmış və qabarmış hissələri frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə 9 min m2 sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Zəruri olan yerlərdə piyada səkiləri bərpa oluanaraq asfaltlanıb, kənarlarına 1800 paqon-metr yeni səki daşı düzülüb.

Təmir zamanı mövcud yeraltı komunikasiya xətləri yenilənib, ehtiyyac olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəzlənib, həmçinin yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqlıqları dəyişdirilib.

Avtonəqliyyat vasitələrinin və piyadaların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları salınıb, üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270