NƏQLİYYAT

Regionda daha bir yol təmir olunur
08 İYUL
200

Regionda daha bir yol təmir olunur

2016-07-08 14:12:00

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın avtomobil yollarında yenidənqurma işləri həyata keçirilir.

Yenidən qurulan daha bir avtomobil yolu Qazax-Kosalar yoludur.

8 km uzunluğunda, 4-5 metr enində olan Qazax-Kosalar avtomobil yolu torpaq və çınqıl örtüklü olduğundan burda xüsusən də payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Artıq bu problemin aradan qaldırlması üçün işlər görülür.

Qazax-Kosalar yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol boyu yeni yol yatağı və yol əsası tikilir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 0,5 metr bərkidi zolaq və 1,5 metr çiyinlər olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Bundan başqa suların ötürülməsini təmin etmək üçün yol boyu 12 yerdə 300 və 500 mm diametrli suötürücü boruların tikintisi aparılıb. Yolun 3-cü kilometrliyində su kanalı üzərində yerləşən körpünün də təmir edilməsi nəzərdə tutulub. Körpünün uzunluğu 10 metr, eni isə 6 metrdir.

Bütün bu işlər yekunlaşdıqdan sonra yolun asfaltlanması istiqamətində işlərə başlanılacaq. Ümumilikdə yolun 48 min m2 sahəsinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

8 kilometr uzunluğunda olan Qazax-Kosalar avtomobil yolunun yenidən qurulması ilə 2 yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin birbaşa olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna və rayon mərkəzinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunur. Bundan başqa əhalinin kənd təsərrüfatı məhsullarını əkin sahələrindən birbaşa olaraq rayon mərkəzinə rahat şəkildə daşıması imkanı yaranır. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının inkişafı baxımından mühüm amildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272