NƏQLİYYAT

Gürcüstan və Türkiyəyə bu qatarlarla səyahət edəcəyik
05 İYUL
2375

Gürcüstan və Türkiyəyə bu qatarlarla səyahət edəcəyik

2016-07-05 11:56:00
Bu ilin sentyabrında İsveçrənin “Stadler Rail Group” şirkəti Berlində (Almaniya) keçiriləcək “InnoTrans 2016” beynəlxalq sərgisində “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə hazırlanmış yüksək komfortlu sərnişin vaqonlarını təqdim edəcək. Sözügedən vaqonların Bakı-Tbilisi-Qars dəmir yolu xəttində ekspluatasiyası nəzərdə tutulub.
 
Sərgi sentyabrın 20-dən 23-ə qədər davam edəcək.
 
Xatırladırıq ki Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə üçün “Stadler” şirkətinə yüksək komfort tipli 30 vaqon sifariş edib.  Vaqonlar 4 kateqoriyada istehsal olunur: “standart”, “komfort”, “biznes” və “restoran”. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfər yertutumlu olacaq.
 
Vaqonlar reyslərin eni üzrə avtomatik tənzimləmə sistemi ilə təchiz olunacaq.  Bu da sərhəd-keçid məntəqələrindən keçmə vaxtını azaldaraq, sərnişinlərin daha komfortlu səyahətinə imkan verəcək. Razılaşmaya əsasən ilk 10 vaqon 2016-cı ilin iyul-avqust aylarında istifadəyə veriləcək.
 
Mənbə: Day.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275