NƏQLİYYAT

«Bu işlərdə dövlətə arxalanırıq» - «XALİQ FAİQOĞLU» YENİLİKLƏRƏ BAŞLAYIR
01 İYUL
810

«Bu işlərdə dövlətə arxalanırıq» - «XALİQ FAİQOĞLU» YENİLİKLƏRƏ BAŞLAYIR

2016-07-01 17:37:00

Bakı şəhərinin sürətlə dəyişən ictimai nəqliyyat sektorunda mühüm yeniliklər baş verməkdlədir. Dövlətin bu sahədə apardığı islahatlara cavab olaraq özəl sərnişindaşıma şirkətləri də sürətlə öz fəaliyyətlərini təkmilləşdirməkdə və keyfiyyəti artırmaqdadırlar. Hələlik bu sahədə ən böyük fəallığı ölkənin iri özəl sərnişindaşıma şirkəti olan «Xaliq Faiqoğlu» MMC nümayiş etdirir. Xatırladaq ki, hazırda bu şirkət Bakıda 18,  20, 37, 52, 61, 65, 79, 85, 96, 114, 135 və 199  saylı marşrut xətlərində xidmət göstərir.

Yeni Təmir Mərkəzi

Bakı şəhərində 2002-ci ildən sərnişindaşıma fəaliyyəti göstərən «Xaliq Faiqoğlu» MMC-nin bu gün – iyulun 1-də yeni Təmir Mərkəzi istifadəyə verilib. Fins.az-ın məlumatına görə, təmir mərkəzi yeni konsepsiya ilə inşa olunub və müasir diaqnostik-təmir cihazları ilə təmin edilib. Burada əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməklə şirkətin istismarında olan avtobuslara gündəlik baxış və servis xidməti göstəriləcək. 

«Avtobus qarajları» dövrü başa çatır

Yeni mərkəz indiyədək ölkədə fəaliyyət göstərən ənənəvi avtobus qarajları barədə təsəvvürü tamamilə dəyişir. Əslində müasir şirkət ofisini xatırnladan mərkəzdə avtobusların daxili və xaricinin təmizlənməsi, o cümlədən avtobus salonlarının dezinfeksiyası həyata keçirilir. «Xaliq Faiqoğlu»nun mərkəzində çalışan mütəxəssislər dəfələrlə xarici ölkələrdə təlim və ixtisasartırma kurslarında iştirak ediblər və böyük təcrübəyə malikdirlər.

Bununla yanaşı, təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmadan öncə həkim müayinəsindən keçmələri üçün xüsusi həkim otağı, dispetçer, ehtiyat hissələrinin saxlandığı anbar və ofis otaqları mövcuddur. «Sürücülər xətdən qaydandan sonra burada duş da qəbul edə bilərlər»-deyə mərkəzin nümayəndələri onun imkanlarını açıqlayırlar. 

«Yeni iş yerləri açırıq»

«Xaliq Faiqoğlu» MMC-nin direktoru Faiq Seyidov yeni təmir mərkəzində 50-yə yaxın yeni iş yerinin yaradıldığını bildirib. Ümumilikdə şirkətin 1000-ə yaxın işçisi var. Bunların 300-500 nəfəri sürücü və dispetçer xidməti göstərir.

«Bu gün dövlət tərəfindən  sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir»-deyən  şirkətin rəhbəri Faiq Seyidov bildirir ki, şirkət bu addımı ölkə rəhbərliyi tərəfindən ölkədə sahibkarlığa göstərilən qayğı və dəstəkdən ruhlanaraq atıb. Amma şirkətin planları daha böyükdür və təkcə təmir mərkəzi ilə bitmir. 

300-dən artıq avtobusu var

Qeyd edək ki, Bakıda 15 ildən artıqdır ki, fəaliyyət göstərən «Xaliq Faiqoğlu» paytaxtın ən böyük özəl sərnişin daşıyıcısıdır. Hazırda şirkətin operatorluq  etdiyi xətlərdə 300-dən artıq müasir avtobuslar istismar olunur. Şirkətin göstərdiyi xidmətlərin səviyyəsi və keyfiyyəti dövlət tərəfindən də təsdiqlənib – indiyədək ölkədə keçirilən mühüm beynəlxalq və dövlət tədbirlərində, o cümlədən, ötən il keçirilən Avropa Oyunlarında «Xaliq Faiqoğlu» MMC-nin xidmətlərindən geniş istifadə edilib: «Həmin işlərə şirkətimizin yüzlərlə əməkdaşları cəlb edilmişdi»-deyə F.Seyidov bunu fəxrlə qeyd edir. 

5 ildə 50 milyon manat investisiya yatırıb

Şirkət rəhbərinin sözlərinə görə, «Xaliq Faiqoğlu» MMC son 5 ildə ölkə iqtisadiyyatına 50 milyon manata qədər investisiya yatırıb. Bu vəsait həm müasir avtobusların alınmasına, həm də onlara qulluq və sərnişindaşıma üçün müasir infrastrukturun və xidmət sahələrinin yaradılmasına sərf edilib. İlin sonunadək isə şirkət Bakıya ən müasir avtobusların yeni partiyasını – 100 yeni avtobus gətirəcək. Uzunluğu 12 metr olan avtobuslar hazırda mövcud olan ən təhlükəsiz avro-5 standartlarına uyğundur və şirkətin marşrut xətlərində istifadə olunacaq. 

Elektron ödənişə keçir

Bundan başqa, «Xaliq Faiqoğlu» şirkəti ölkənin özəl sərnişindaşıma şirkətləri arasında ilk dəfə olaraq elektron ödəniş sisteminə keçməyə hazırlaşır: «Qarşıdakı 10 gündə biz kartla elektron ödəniş sisteminə keçəcəyik. Artıq bizim avtobuslarda gediş haqqı kartla ödənməyə başlanacaq. Onun necə rahat olduğunu bütün sərnişinlərimiz həss edəcək»-deyə şirkətin rəhbəri bildirdi.

Şirkətin sərnişinləri elektron ödəniş etmək üçün yeni kart almalı olmayacaqlar. Hazırda Bakının nəqliyyat sistemindlə istifadə olunan Bakı Kartlar bu avtobuslarda da istifadə olunacaq. «Bu kartlar hazırda metro və avtobslarda istifadə olunur və sərnəşinlərin rahatlığına görə biz də məhz bu kartdan istifadə edəcəyik»-deyə şirkət rəhbəri bildirir.

Yeni sistemə 2 milyon manatdan artıq pul yatırıb

Sərnişinlərə rahatlıq gətirəcək elektron ödəniş sistemi Türkiyənin «Kar qrup» şirkətinin dəstəyi ilə qurulur. «Xaliq Faiqoğlu» şirkəti bu sistemin qurulmasına 2 milyon 150 min manat vəsait xərcləyib.

Qeyd edək ki, kart sisteminin tətbiqi təkcə ödənişlərin rahatlığını deyil, başqa məsələləri də həll edəcək. Əvvəla, elektron ödənişlərin tətbiqi sürücülərin «gediş haqqı» və «gündəlik plan»  problemini bütünlüklə həll edəcək və onların daha yüksək xidmət göstərməsinə imkan verəcək. Digər tərəfdən, bu addım şirkətin maliyyə fəaliyyətinin nə qədər şəffaf olduğunu nümayiş etdirəcək. 

«Bu işləri dövlətə arxayın olaraq görürük»

«Xaliq Faiqoğlu»nin rəhbəri bildirir ki, şirkətin investisiyalarının bir hissəsi alınan kreditlər hesabınadır: «İlin sonunadək gətiriləcək avtobuslar da kreditlər hesabına alınır». Şirkət bu kreditləri sərnişinlərə yüksək səviyyəli xidmət göstərərək gəlir əldə etməklə ödəmək niyyətindədir. F.Seyidov bildirdi ki, şirkət bu kreditləri ölkədə sahibkarlığa yaradılan şəraitə, onların problemsiz fəaliyyətinə verilən dəstəyə arxalanaraq götürüb. «Biz öz işimizdə dövlətə arxalanırıq, bizim təminatımız dövlətimiz və onun dəstəyidir. İndiyədək olduğu kimi, bundan sonra da problemiz və nöqsansız fəaliyyət göstərməklə işimizi uğurla davam etdirmək  niyyyətindəyik».

«Bağlanan xətlər dərhal açıldı»

Şirkət rəhbərliyinin dövlətin sahibkarlara göstərdiyi qayğını xüsusi vurğulaması təsadüfi deyil. Qeyd edək ki, bir qədər əvvəl «Xaliq Faiqoğlu» müəyyən problemlərlə qarşılaşmışdı – bəzi qurumlar tərəfindən şirkətə məxsus olan bir neçə marşrut xəttinin bağlanması və onların digər şirkətə verilməsinə cəhd edilmişdi. Yalnız dövlət rəhbərliyinin işə qarışması və dəstəyi ilə bu məsələ müsbət həll edildi və şirkət yenidən öz marşrutlarında fəaliyyətə davam etdi. F.Seyidov əmindir ki, dövlətin sahibkarlığa bu dəstəyi gələcəkdə də davam edəcək: «Əlbəttə ki, biz çalışacağıq ki, işimizdə heç bir nöqsan olmasın, digər tərəfdən ümid edirik ki, dövlət də bizə bu işimizdə dəstək olacaq». 

«Yaxşı yol – təhlükəsiz yoldur»

Hələlik şirkət yeni marşrut xətlərninin açılmasından daha çox, hazırda işlədiyi xətlərdə xidmətin keyfiyyətini artırmağa çağışır. Bunun üçün yeni avtobusların alınması və elektron ödənişə keçilməsi ilə yanaşı, sürücülərin peşəkarlığı və xidmət mədəniyyətinə də ciddi diqqət yetirilir. Bu məqsədlə «Xaliq Faiqoğlu» şirkəti Almaniyanın dünyada məşhur olan Hed Akademi şirkəti ilə əməkdaşlığa başlayıb. Bu şirkət bütün dünyada ən sərt tələblərə malik olan beynəlxalq strukturlarla işləyir. «Hed Academy» şirkətinin prezidenti Cankat Hurmoğlu mərkəzdə həyata keçirilən işlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə görə, məsələ təkcə yüksək avadanlıqların ölkəyə gətirilməsində deyil, eyni zamanda onları işlədə bilən peşəkarlar da olmasındadır: «Bu xüsusda «Xaliq Faiqoğlu» şirkəti yüksək işlər görüb. Bundan sonra biz də şirkətlə birgə treninqlər keçirəcəyik. Həm sürücülərin sərnişinlərə davranış qaydaları, həm də texniki məsələlərdə «Xaliq Faiqoğlu» MMC-yə kömək edəcəyik».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272