NƏQLİYYAT

Bakıya yeni avtobuslar gətiriləcək-AÇIQLAMA
01 İYUL
483

Bakıya yeni avtobuslar gətiriləcək-AÇIQLAMA

2016-07-01 12:41:00

Bakıda sərnişin sıxlığını aradan qaldırmaq üçün paytaxta yeni sərnişin avtobusları gətiriləcək. Bu barədə fins.az-a sərnişindaşıma ilə məşğul olan "Xaliq Faiqoğlu" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov məlumat verib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər 55 ədəd Türkiyə istehsalı olan "İsuzu" markalı avtobus gətiriləcək. Yeni avtobuslar “Euro-5” standartına cavab verəcək. Bu avtobuslarda fiziki imkanları məhdud insanlar və yaşlı sərnişinlərin rahat minib-düşməsi üçün xüsusi panduslar quraşdırılıb. Bir avtobusun sərnişin tutumu 69 nəfərdir.

F.Sadıqov bildirib ki, yeni gətiriləcək avtobuslar şirkətə məxsus 65, 79, 18, 85, 61 və 96 saylı marşrutlarda xəttə buraxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272