NƏQLİYYAT

Gədəbəydə 5 kəndə yeni yol salınır
01 İYUL
240

Gədəbəydə 5 kəndə yeni yol salınır

2016-07-01 12:11:00

Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlanılıb. "Azəravtoyol" ASC-dən fins.az-a verilən xəbərə görə, həmin yolun uzunluğu 9,6 km-dir. Yol torpaq və çınqıl örtüklüdür.

Layihəyə əsasən, adıçəkilən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir və 2 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 10 metr olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə bərkidici zolaq da daxil çiyinlərin eni 2 metr təşkil edəcək.

İndi yolda torpaq işləri həyata keçirilir, yol yatağı və yol əsasının tikintisi aparılır. Layihə çərçivəsində suların ötürülməsi üçün su borularının və su keçidlərinin tikintisi işləri də aparılacaq. Torpaq işləri yekinlaşdıqdan sonra yola asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Ümumilikdə yolun 60 min m2 sahəsinin 2 qat olmaqla asfaltlanması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274