NƏQLİYYAT

Maşın bazarında yanğın davam edir-FHN
30 İYUN
694

Maşın bazarında yanğın davam edir-FHN

2016-06-30 22:08:00

Bakının Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidə mağazalardan birində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən fins.az-a verilən xəbərə görə, dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub. 

Hadisə yerinə FHN-nin Xətai və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələrinin ona yaxın maşını cəlb olunub.  

APA-nın məlumatına görə, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb.  Hadisə yerində FHN  qərargah yaradılıb.  Sahibkarlar mallarını mağazalardan çıxarmağa cəhd edirlər.
 
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. 

İndi ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275