NƏQLİYYAT

Qara Qarayev prospektinin bir hissəsi bağlanır
29 İYUN
169

Qara Qarayev prospektinin bir hissəsi bağlanır

2016-06-29 16:18:00

Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Eləcə də bax: Bakının əsas prospektlərindən biri təmir olunur

Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun Qara Qarayev stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər-hansı bir məhdudlaşdırma tətbiq olunmur.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270