NƏQLİYYAT

"20 yanvar" stansiyasının bir hissəsi bağlanacaq
29 İYUN
177

"20 yanvar" stansiyasının bir hissəsi bağlanacaq

2016-06-29 11:32:00

İyulun 1-dən “20 Yanvar” metro stansiyasının birinci vestibülü müvəqqəti bağlanacaq.

Fins.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “20 Yanvar” metro stansiyasının birinci vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdirilməlidir. Bunun üçün stansiyanın birinci vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq.

N.Paşayevin sözlərinə görə, iyulun 1-dən “20 Yanvar” stansiyasının birinci vestibülü sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. İkinci vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika Mərkəzinə tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

N.Paşayev qeyd edib ki, birinci vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272