NƏQLİYYAT

Azərbaycan şirkəti Sinqapura birbaşa uçacaq – YENİ REYS
28 İYUN
287

Azərbaycan şirkəti Sinqapura birbaşa uçacaq – YENİ REYS

2016-06-28 16:38:00

«Silk Way West Airlines» şirkəti Uzaq Şərqdə başqa bir uzun müddət gözlənilən istiqamət olan Sinqapura birbaşa müntəzəm uçuşa başlayıb.  Şirkətdən fins.az-a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə B747-8F yük təyyarəsi ilə yerinə yetiriləcək və Azərbaycan milli yük aviadaşıyıcısının dünyanın başqa istiqamətlərinə birləşdirən istiqamətləri ilə birləşəcək. 

Silk Way West Airlines şirkətinin əsas gərargahı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı (GYD) Asiyadan Avropaya olan marşrutlar üzrə coğrafi üstünlüklər təklif edir. Asiya, Yaxın Şərq və MDB ölkələri üzrə daim böyüyən şəbəkə və rəqabətə davamlı yanacaq qiymətləri aviaşirkətin donanmasına əlavə üstünlük verir. 

Silk Way West Airlines aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlamışdır. Hazırda Silk Way West Airlines aviaşirkətinin hava gəmiləri parkına 3 “Voeing 747-8F” və 2 “Voeing 747-400F” təyyarəsi daxildir. 2016-cı ilin üçüncü rübündə daha bir “Voeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 6-a yüksələcək. Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABŞ-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270