NƏQLİYYAT

Bakıda daha bir yol təmir edilib - AÇILDI
28 İYUN
205

Bakıda daha bir yol təmir edilib - AÇILDI

2016-06-28 09:23:00

Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi “Azəravtoyol” ASC tərəfindən istifadəyə verilib.

ASC-nin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, küçənin təmir-tikinti işlərinin aparıldığı hissə Mikayıl Əliyev küçəsi və Qara Qarayev prospektləri arasında yerləşir. Küçənin uzunluğu bir istiqamət üzrə 1250 metr, hərəkət hissəsinin eni 12,5 metr, yol ayrıcının eni isə 4-5 metrdir. Küçə hər bir istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir.

Təmir-tikinti işləri çərçivəsində küçə boyu 5 min poqonmetr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Bundan başqa, köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri də həyata keçirilib. Ümumilikdə küçənin 62 min 500 kvadratmetr ərazisinin asfaltlanması işləri aparılıb, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə gətirilib.

Hazırda analoji işlər küçənin digər hissəsində, Qara Qarayev prospekti ilə Sabunçu rayonu Ramiz Qənbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) olan hissəsində və köməkçi yollarında da aparılır. Sözügedən hissənin və köməkçi yolların uzunluğu bir istiqamət üzrə 700 metrdir.

Tikinti işləri çərçivəsində burda zəruri olan yerlərdə istinad divarları, 1,5 metr enində piyada səkiləri və 1 metr enində ayrıcı zolaq inşa olunur. Sıxlığı aradan qaldırmaq üçün bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılır.

Ümumilikdə əsas yol və köməkçi yollar da daxil olmaqla 35 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yolun hərəkət hissəsinin kənarlarına 5600 poqonmetr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272