NƏQLİYYAT

Bakı-Quba-Rusiya yolunda dəyişiklik-AÇIQLAMA
24 İYUN
692

Bakı-Quba-Rusiya yolunda dəyişiklik-AÇIQLAMA

2016-06-24 16:09:00

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-cu kilometrliyində dəyişilik edilib. "Azəravtoyol" ASC mətbuat xidmətindən fins.az-a verilən xəbərə görə, dəyişilklik səbəbi həmin yolda dairəvi hərəkət zamanı sıxlığın, ləngimələrin və tıxacların aradan qaldırılması məqsədi daşıyır. 

Məlumatda qeyd olunub ki, həmin ərazidə yerləşən və asfalt üzərinə boya ilə çəkilmiş dairə ləğv edilib. Artıq avtonəqliyyat vasitələri həmin ərazidən birbaşa keçərək “Sulu təpə” dairəsi istiqamətinə hərəkət edə bilərlər. Bunun üçün ərazidə müvafiq yol nişanları da quraşdırılıb, yol ayrıcına isə xüsusi beton maneələr düzülüb. Sözügedən avtomobil yolunda mövcud olan əvvəlki dairəyə yaxın səki daşları ilə yeni simmetrik dairə inşa edilib.

Yenidənqurma işləri zamanı vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq, sözügedən ərazidə 270 poqonmetr piyada səkiləri tikilib və zəruri ərazilərdə səkilərin tikintisi davam etdirilir. Səkilərin kənarlarına səki daşları, üzərinə isə tamet daşlar düzülür.

Ərazidə müvafiq yol nişanları quraşdırılıb, üfüqi nişanlama xətləri çəkilib və hazırda abadlıq işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275