NƏQLİYYAT

Bakıda yollar açıldı
22 İYUN
275

Bakıda yollar açıldı

2016-06-22 14:30:00

"Formula 1" yarışı ilə əlaqədar Bakıda tədbirin keçirildiyi ərazilərdə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, artıq həmin ərazilərdə avtomobillərin hərəkəti tam təmin edilib, yollar açılıb: "Lakin yarışla əlaqədar bəzi yollarda quraşdırılan qurğular hələ də qalır. Həmin maneələrin sökülüb daşınması üçün vaxt lazımdır. Yollar açıq olsa da, yol hərəkəti qaydalarına uyğun xətlənmə və işarələnmə prosesi hələ başlamayıb. Həmin ərazidəki maneələr sökülüb daşınandan sonra avtomobil yolları xətlənərək istifadəyə veriləcək. Buna görə də sürücülərdən xahiş edirik ki, həmin ərazilərdə sürət həddinə nəzarət etsinlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274