NƏQLİYYAT

Bakı yollarının nə vaxt açılacağı məlum oldu
20 İYUN
774

Bakı yollarının nə vaxt açılacağı məlum oldu

2016-06-20 14:28:00

Bakı şəhəri ərazisində “Formula 1” yarışlarının keçirilməsi ilə əlaqədar olaraq bağlanan bəzi yollar bu gün saat 16:00-da açılacaq. 

Fins.az xəbər verir ki, bu barədə “Report”-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Şöbə rəisi bildirib ki, hazırda Bakı şəhər halqasında hərəkət olduğu kimi qalır: 

“Təşkilat Komitəsinin qərarına əsasən bu gün bəzi yollar, yol qovşaqları və kəsişmələr açılacaq. Həmin küçələrdə avtomobillərin hərəkəti bərpa ediləcək. Lakin bəzi küçə və prospektlərin, əsasən Neftçilər prospekti isə sabah günün 1-ci yarasında açılacaq”. -, şöbə rəisi deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275