NƏQLİYYAT

Dəmiryol stansiyalarında 1000 bilet satışı aparatı quraşdırılacaq
17 İYUN
178

Dəmiryol stansiyalarında 1000 bilet satışı aparatı quraşdırılacaq

2016-06-17 10:51:00

"JCM Global" Azərbaycanda dəmiryolu stansiyalarında bilet satışı aparatlarının sayını artırmaq niyyətindədir. Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat yer alıb. 

Bildirilir ki, şirkət Azərbaycan üzrə 200-ə yaxın dəmiryolu stansiyasında 1000 ədəd bilet satış aparatı quraşdırmağı planlaşdırır. 

Bakı-Xırdalan-Sumqayıt dəmiryolu xətti üzərində yerləşən 2 stansiyada 15 bilet satışı aparatı və 40 turniket quraşdırılıb. 

Şirkətin baş meneceri Payam Zade Bakı-Xırdalan-Sumqayıt dəmiryolu marşrutu kimi bir layihədə iştirak etməkdən məmnunluğunu bildirib. "Avropa və dünya üzrə nəqliyyatda təhlükəsizlik, etibarlılıq baxımından "iPRO-RC"-dən istifadə olunur", - deyə şirkət rəsmisi qeyd edib.

Qeyd edək ki, "JCM Global" bank, köşk, əyləncə mərkəzləri üçün texnoloji əməliyyat sistemlərini quraşdıran dünyada lider şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275