NƏQLİYYAT

Azərbaycana maşın idxalı 7 dəfə azalıb-AÇIQLAMA
16 İYUN
340

Azərbaycana maşın idxalı 7 dəfə azalıb-AÇIQLAMA

2016-06-16 18:41:00

2016-cı ilin yanvar–may aylarında Azərbaycana cəmi 2 233 ədəd nəqliyyat vasitəsi idxal olunub. Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk 5 ayı ilə müqayisədə 6,9 dəfə azdır. 2015-ci ilin ilk 5 ayında ölkəmizə 15 495 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2016-cı ilin Yanvar-May aylarında 32 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələri (avtobuslar), 1939 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 204 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 58 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Ötən ilin ilk 5 ayı ilə müqayisədə minik avtomobillərinin idxalı 7,2 dəfə azalıb. Belə ki, ötən ilin yanvar-may aylarında ölkəmizə 13 912 ədəd minik avtomobili gətirilib.

Bu ilin yanvar ayında cəmi 437 ədəd, fevral ayında 384 ədəd,  mart ayında 541 ədəd, aprel ayında 380 ədəd, may ayında isə 491 ədəd nəqliyyat vasitəsi idxal edilib.

May ayında idxal olunan minik avtomobillərinin sayı isə 430 ədəd təşkil edib. Apreldə 274 ədəd minik avtomobili idxal olunub. Yəni, mayda apreldən 216 ədəd və ya təxminən 2 dəfə çox minik avtomobili idxal edilib. 

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275