NƏQLİYYAT

“Baku Bus”la “Xaliq Faiqoğlu”nun qarşıdurması - HƏLLİNİ TAPIB
15 İYUN
1176

“Baku Bus”la “Xaliq Faiqoğlu”nun qarşıdurması - HƏLLİNİ TAPIB

2016-06-15 21:04:00

“Baku Bus” MMC ilə sərnişindaşıma xidməti göstərən “Xaliq Faiqoğlu” şirkəti arasında yaranmış problem öz həllini tapıb.

Fins.az xəbər verir ki, bu barədə məlumatı musavat.com-a “Xaliq Faiqoğlu” şirkətinin media üzrə əlaqələndiricisi Füzuli Sadıqov verib.

Onun sözlərinə görə, bu şirkətlə “Baku Bus” arasında marşrut xəttinə görə yaranan problem həll olunub və ləğv olunan xətt bərpa edilib: “Məsələ ictimailəşəndən sonra öz həllini tapdı. Ölkə rəhbərliyinə də müraciət etmişdik. 2001-ci ildən fəaliyyət göstərən bir şirkətə qarşı belə bir münasibət doğru deyildi. Artıq məsələ öz həllini tapıb və bizim ləğv olunan 18 saylı marşrut xətti bərpa olunub”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkətinə məxsus 18 nömrəli marşrut xətlərinin bağlanması barədə qərar vermişdi.

Səbəb olaraq həmin marşrut xəttinin Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi, həmçinin təkrarlanan marşrut xətlərinin olması göstərilmişdi. “Xaliq Faiqoğlu” şirkətinin ölkə rəhbərliyinə və mətbuata üz tutmasından sonra məsələ öz həllini tapıb.

Hazırda “BakuBus”ın 7 nömrəli və “Xaliq Faiqoğlu” şirkətin 18 nömrəli marşrutları eyni xətt üzrə hərəkət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272