NƏQLİYYAT

Azərbaycandan yeni yük qatarları keçəcək
09 İYUN
363

Azərbaycandan yeni yük qatarları keçəcək

2016-06-09 17:24:00

Bu ilin sentyabr ayında Çindən gələn iki yük qatarı Azərbaycandan keçməklə Gürcüstanın Poti limanına yola salınacaq.

Fins.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, qatarlar Çin-Qazaxıstan sərhədindəki "Dostık" stansiyasından Aktau limanına, daha sonra Gürcüstanın Poti limanına kimi yükdaşıma həyata keçirəcək. Qatarlar Almaniyanın DHL şirkəti ilə əməkdaşlıq çərçivəsində hərəkət edəcək.

C.Qurbanov qeyd edib ki, Gürcüstanın Poti limanında isə yüklər artıq istiqamətlərini müstəqil şəkildə dəyişəcək. Belə ki, onların bir qismi Baltikyanı ölkələrə göndərildiyi üçün “Viking train” marşrutu üzrə hərəkət edəcək.

Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə 2003-cü ildə yaradılıb və yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını nəzərdə tutur. “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərq istiqamətində (Orta Asiya və Çin), həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Bu layihə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin əhəmiyyətini artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275