NƏQLİYYAT

"Formula-1 bizim gəlirlərimizi artıracaq" - ŞİRKƏT RƏHBƏRİ
06 İYUN
330

"Formula-1 bizim gəlirlərimizi artıracaq" - ŞİRKƏT RƏHBƏRİ

2016-06-06 16:28:00

Azərbaycanın “Formula-1” yarışına ev sahibliyi etməsi “Türk Hava Yolları” üçün gözəl imkanlar yaradır.

Fins.az "Azərtac"-a istinadən xəbər verir ki, bu sözləri “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.

O bildirib ki, Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışlarına bütün dünyada böyük maraq var. Dünyanın hər bir nöqtəsindən insanların bu yarışı izləmək üçün Azərbaycana gəlmək istəyini nəzərə alaraq biz də öz işimizi qurmuşuq.

“Yarışları izləmək istəyən insanların çoxluğunu nəzərə alaraq irihəcmli təyyarələrimizdən istifadə edəcəyik. Həmçinin bu yarışla əlaqədar “Formula-1” təşkilatçıları ilə görüşlər keçirmişik. Onların tanıtımlarını, təqdimatlarını biz agentliklərimiz vasitəsilə xarici ölkə vətəndaşlarına çatdırırıq. Düşünürük ki, bu da xarici vətəndaşların yarışlara qatılmaq istəyini artıracaq”, - deyə S.İlyas vurğulayıb.

S.İlyas qeyd edib ki, Azərbaycanın bu cür mötəbər yarışlara ev sahibliyi etməsi bizim üçün də gözəl imkanlar yaradır. Azərbaycanın dünyanın diqqətində olması, insanların buraya axın etməsi bizim məsuliyyətimizi artırır və bu istiqamətdə addımlar atırıq. Fikrimcə Azərbaycanın dünyada tanıtımı üçün bu yarışlar çox əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275