NƏQLİYYAT

Bakıda avtobusların hərəkət istiqamətləri dəyişdirildi
03 İYUN
260

Bakıda avtobusların hərəkət istiqamətləri dəyişdirildi

2016-06-03 14:52:00

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, "Formula-1" üzrə Avropa Qran-pri yarışının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə bu gündən Neftçilər prospektinin Azneft dairəsi tərəfdən - Dövlət Bayrağı Meydanı və həmin istiqamətdən bütün avtomobillərin girişinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci Sahə qəsəbələri istiqamətində gedən 5-6-124-88-195-53 saylı marşrut xətləri üzrə hərəkət edən avtobus sürücüləri alternativ variant olaraq Afiyəddin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşviq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Bakı Nəqliyyat Agentliyi sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.

Mənbə: Milli.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270