NƏQLİYYAT

Yol polisi 27 000-dən artıq protokol yazıb
02 İYUN
415

Yol polisi 27 000-dən artıq protokol yazıb

2016-06-02 15:40:00

Bakıda "dayanma-durma", "parklanma" tələblərinin pozulması ilə əlaqədar olaraq may ayında yol polisi tərəfindən 27500-dən artıq protokol tərtib olunub".

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. 

O bildirib ki, reydlər "Neftçilər", "Xalqlar Dostluğu", "Koroğlu", "Qara Qarayev", "Nizami", "İnşaatçılar" və "20 Yanvar" metrostansiyalarının yaxınlığında, əhalinin sıx olduğu giriş-çıxış istiqamətində keçirilib.

 Onun sözlərinə görə, tərtib olunan protokollar sırasında əsasən taksi fəaliyyəti ilə məşğul olan sürücülər çoxluq təşkil edir: "İnzibati protokolları araşdırarkən məlum olub ki, 460 sürücü eyni xətaya görə müxtəlif vaxtlarda növbəti məsuliyyətə cəlb olunub, 96 nəfər eyni əmələ görə 4 dəfə inzibati xəta törədib, 170 avtobus sürücüsü isə qanunun tələblərini pozub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275