NƏQLİYYAT

Azadlıq prospektinin daha bir hissəsi istifadəyə verildi
02 İYUN
251

Azadlıq prospektinin daha bir hissəsi istifadəyə verildi

2016-06-02 12:48:00

Azadlıq prospektinin daha bir hissəsi təmirdən sonra istifadəyə verilib. “Azəravtoyol” ASC-dən verilən xəbərə görə, yolun təmir olunmuş hissənin uzunluğu təqribən 450 metrdir Təmir işləri çərçivəsində  asfalt örtüyü dəyişdirilib.

Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqlar yaradılıb. “Cib”li dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metrdir.

Hazırda prospektin digər hissəsində, daha dəqiqi Məsud Davudoğlu və Süleyman Sani Axundov küçələri arasında yerləşən ərazidə təmir-tikinti işləri davam etdirilir.

Qeyd edək ki, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsinin təmir olunması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274