NƏQLİYYAT

Bakının yollarında hərəkət məhdudlaşdırılacaq
02 İYUN
200

Bakının yollarında hərəkət məhdudlaşdırılacaq

2016-06-02 10:15:00

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin yerüstü piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.  Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu gün saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq. Bir-neçə saat ərzində davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və sözügedən küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271