NƏQLİYYAT

Səudiyyə Ərəbistanı "Uber"ə sərmayə qoyur
02 İYUN
252

Səudiyyə Ərəbistanı "Uber"ə sərmayə qoyur

2016-06-02 09:20:00

Şəxsi maşın sahiblərinin mobil tətbiqi vasitəsilə taksiçilik etmələrinə imkan verən Uber, Səudiyyə Ərəbistanından 3,5 milyard dollarlıq investisiya aldığını bildirib.

Uber-dən edilən açıqlamada, şirkətin Səudiyyə Ərəbistanının ən böyük fondu Dövlət İnvestisiya Fondundan 3,5 milyard dollar vəsait cəlb etdiyi bildirilib. Uber bu ölkədə 2014-cü ildən bəri fəaliyyət göstərir.

Sözügedən vəsaitin bu günə qədər Uber-in tək səfərdə aldığı ən böyük investisiya olduğunun bildirildiyi açıqlamada, şirkətin bazar dəyərinin 62,5 milyard dollar olduğu məlumatı da verilib.

Açıqlamda həmçinin, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun Baş direktoru Yasir Al Rumayyanın da Uber-in idarə heyətində üzv olaraq vəzifə alacağı bildirilib.

Uber-in İdarə Heyətinin sədri (İcraçı Direktor) Travis Kalanick etdiyi açıqlamada, bu investisiyanın şirkət üçün "dəstək" mənasına gəldiyini ifadə edərək, Uber-in qlobal aktivlərini artırmaqdadavam edəcəyini qeyd edib.

Kalanick, Yaxın Şərqdə 9 ölkənin 15 şəhərində fəaliyyət göstərən Uber-in genişlənməsinə işarə edərək, "Səudiyyə Ərəbistandakı təcrübəmiz, müştərilərə, sürücülərə və olduğumuz şəhərlərə xidmət etdiyimizin bir nümunəsidir. Regionda iqtisadi və sosial islahatları dəstəkləməkdə birgə olmağı səbirsizliklə gözləyirik" deyib.

Uber-in Yaxın Şərqdə 350 mindən çox istifadəçisi və təxminən 19 min sürücü var.

İnternet vasitəsilə taksicilik etməyə imkan verən mobil tətbiqi sektorda sürətli dəyişiklik və yeni fürsətlər yaratdığından, investorların diqqətini çəkərək bu sahəyə sərmayə yatırmalarına səbəb olur.

Ötən ay, ABŞ-ın texnologiya şirkəti Apple, Çində Uber-in rəqibi olan "Didi" adlı şirkətə 1 milyard dollar, Almaniyanın avtomobil nəhəngi Volkswagen də İsrailli "Gett" adlı şirkətə 300 milyon dollar investisiya qoyduğunu açıqlamışdı.

Bundan başqa, Amerikanın texnologiya nəhəngi Google ilə İtalyan-Amerikan avtomobil istehsalçısı Fiat Chrysler (FCA) keçən ay sürücüsüz avtomobil istehsal etmək üçün razılaşdıqlarını elan ediblər. Apple-ın da bu sahədə araşdırmalarını sürətləndirdiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275