NƏQLİYYAT

Metroya minənlər niyə azalır? - SƏBƏBLƏR
25 MAY
1079

Metroya minənlər niyə azalır? - SƏBƏBLƏR

2016-05-25 16:29:00

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalmaqdadır. Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında metroya 71,8 milyon nəfər minib. Bu ötən ilin eyni dövrünə nisbətən 2,7% azdır (2015-ci ilin yanvar-aprel aylarında metro istifadəçiləri 73,8 milyon nəfər olub). 

Qeyd edək ki, Bakı metrosundan istifadən edənlərin sayında azalma hələ ilin əvvəlindən müşahidə edilir. Belə ki, yanvar, fevral və aprel ayının özündə də sərnişinlərin sayı əvvəlki ilə nisbətən azı olub. Yalnız bu ilin mart ayında metrodan istifadə edənlər ötən ilin martına nisbətən 0,6% çox olub.

Metro ilə

sərnişin daşınması

(milyon nəfər)

 

2016

 

 

2015

 

 

Dinamika

Yanvar

16,8

18,1

-8,18%

Fevral

17,2

17,4

-1,15%

Mart

18,2

18,1

0,55%

Aprel

19,6

20,2

-2,97%

 

Cəmi

 

 

71,8

 

 

73,8

 

 

-2,71%

 

Müşahidələr göstərir ki, metrodan istifadənin azalması Bakıdan rayonlara axının olması ilə bağlıdır. Yəni, neftin ucuzlaşması, investisiyaların azalması və son nəticədə paytaxtda tikinti işlərinin və  məşğulluq imkanlarının məhdudlaşması regionlardan Bakıya iş dalınca gələnlərin sayının azalmasına səbəb olub. Bu isə təbii olaraq metro nəqliyyatına tələbatı azaldır. Doğrudur, mütəxəsislər hesab edir ki, alternativ yollarla sərnişin daşınmasında vəziyyətin nisbətən yaxşılaşması, məsələn, “BakuBus” şirkətinin fəaliyyətini genişləndirməsi, şəhər nəqliyyatına rahat avtobusların buraxılması da metroya minənlərin sayının azalmasına təsir edir. Amma əsas səbəb son illər Bakıya toplaşan aktiv işçi qüvvəsinin bir hissəsinin rayonlara qayıtması ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275