NƏQLİYYAT

Qalaaltıya yeni yol çəkilir
23 MAY
288

Qalaaltıya yeni yol çəkilir

2016-05-23 11:19:00

«Azəravtoyol» ASC Şabran rayonun Qalaaltı kəndi istiqamətində yeni yol çəkilişinə başlayıb. Qurumdan fins.az-a verilən məlumata görə, yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-dən Qalaaltı kəndinə doğru salınır.

Uzunluğu 14,4 kilometr olan yol 2-4 hərəkət zolaqlı olmaqla, yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 m və 3,5 metr olacaq.

Yeni yolda 4 ədəd yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Bunlardan biri yol qovşağıdır. Digər yol ötürücüləri mövcud su kəmərinin, Şimal İxrac Neft Boru kəmərinin və Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində tikiləcək.

Qeyd edək ki, sözügedən yolun salınması həmin ərazidə turizmin və kənd təsərrüfatının inkişafına, yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271