NƏQLİYYAT

Nəsimidə iki küçənin təmirinə başlanılıb - VİDEO
20 MAY
376

Nəsimidə iki küçənin təmirinə başlanılıb - VİDEO

2016-05-20 15:46:00

Azəravtoyol" ASC tərəfindən Bakı şəhərinin Nəsimi rayonunda iki küçədə təmir-bərpa işlərinə başlanılıb.

ASC-nin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, təmir işlərinin aparıldığı yer Hüseynbala Əliyev küçəsi, həmçinin Süleyman Rüstəm küçəsinin Kaveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsidir.

Məlumata əsasən, Hüseynbala Əliyev küçəsinin uzunluğu 650 metr, eni isə 14 metrdir. Burada təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənəcək, mövcud səkilər bərpa olunaraq, asfaltlanacaq. Ümumilikdə yol kənarlarına 1100 poqonmetr yeni səki daşı düzüləcək.

Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınacaq. Bunun əvəzinə isə 10 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Analoji işlər Süleyman Rüstəm küçəsinin Kaveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsində də aparılır. Bu yol hissəsinin uzunluğu 950 metr, eni isə 9 metrdir. Yol boyu 1800 poqonmetr köhnə səki daşı yenisi ilə əvəzlənir, mövcud səkilər bərpa olunur. Həmçinin küçənin 9 min kvadratmetr sahəsində köhnə asfalt-beton örtüyünün üst qatı tamamilə yenilənəcək.

Aparılan işlər zamanı mövcud yeraltı kommunikasiya xətləri yenilənir, yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınır.

Hər iki küçədə işlər tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.

Təmir-bərpa işləri ilə əlaqədar küçələrdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272