NƏQLİYYAT

“Azəravtoyol” 250 milyon manatlıq kapitalla işləyəcək
19 MAY
513

“Azəravtoyol” 250 milyon manatlıq kapitalla işləyəcək

2016-05-19 08:17:00

Nazirlər Kabineti “Azəravtoyol” ASC-nin nizamnaməsini və strukturunu təsdiq edib. Fins.az xəbər verir ki, nizamnaməyə əsasən “Azəravtoyol” MMC-nin bütün səhmləri dövlətə məxsusdur.

Cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri Cəmiyyətin strukturunu təşkil edir. “Azəravtoyol”  MMC-nin əsas məqsədləri avtomobil yolu təsərrüfatı sahəsində xidmətlərin göstərilməsindən, balansına verilmiş avtomobil yollarının (bundan sonra - avtomobil yollarının), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, tikilməsindən, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsindən ibarətdir. Cəmiyyətin nizamnamə kapitalı 249 milyon 993 min 906 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 124 milyon 996 min 953  ədəd sənədsiz adi adlı səhmdən ibarətdir.

“Azəravtoyol”  MMC-nin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyətinin tərkibi beş nəfərdən - Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrindən və onun iki müavinindən, Cəmiyyətin sədri tərəfindən təyin edilən Aparatın rəhbərindən və Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270