NƏQLİYYAT

Metro qatarlarının qrafiki dəyişdirildi
17 MAY
528

Metro qatarlarının qrafiki dəyişdirildi

2016-05-17 15:33:00

Bakı Metropoliteninin "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasındakı qatarların hərəkət cədvəlində dəyişiklik edilib.

Fins.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə məlumat verib.

O bildirib ki, ötən həftə həmin xətt üzrə hərəkət edən qatarların cədvəli dəyişdirilərək qatarlar arasındakı interval 1 dəqiqə azaldılıb: "Bənövşəyi xəttin "Memar Əcəmi" və "Avtovağzal" stansiyaları arasında qatarların hərəkət intervalı 1 dəqiqə azaldılaraq 8 dəqiqəyə endirilib. Xətt yeni istifadəyə verilərkən isə interval ilkin olaraq 9 dəqiqə müəyyən edildiyi halda, ötən həftə həmin interval dəyişdirilib. Tunellərarası mənzil yeni olduğundan yolların öyrənilməsi və qatarların sürətinin nizamlanması məqsədilə bir müddət qatarlar arasındakı interval 9 dəqiqə olsa da, sonradan yeni qrafik tətbiq olunuib. Qatarların sürətini artırmaqla, eyni zamanda bir qatarda 2 maşinist briqadasının işini təmin etməklə interval 8 dəqiqəyə salınıb. Hər iki stansiya arasında qatarların gediş müddəti 3 dəqiqə olduğu üçün qatarların gediş və gəlişi 6 dəqiqə olur və qatar hər iki stansiyada 1 dəqiqə dayanır".

N.Paşayev deyib ki, həmin xətt üzrə hərəkət edən qatarlar arasındakı interval azaldıla bilər və hazırda bununla bağlı işlər davam etdirilir.

O qeyd edib ki, bu interval pik saatlar və gündüzlər tətbiq olunur: "Səhər tezdən, bir da axşam gecə saatlarında fərqli qrafiklər olur. Sə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270