NƏQLİYYAT

Azərbaycan müasir lokomativlər alır
16 MAY
457

Azərbaycan müasir lokomativlər alır

2016-05-16 08:39:00

Fransanın "Alstom" şirkətinin hazırladığı elektrovozların Azərbaycana ilk tədarükü 2017-ci ildə başlayacaq. Fins.az xəbər verir ki, bunu şirkətin kommunikasiyalar üzrə meneceri Zaure Rəhmətova deyib. Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC ilə layihəyə əsasən, "Alstom" Azərbaycana 50 elektrovoz tədarük edəcək.

Z.Rəhmətova qeyd edib ki, 50 lokomotivdən 40-ı yük, 10-u sərnişin lokomotivi olacaq. 

"Azərbaycan Dəmir Yolları" QSC üçün 50 lokomotivin tədarükü üzrə müqavilə 2014-cü ildə, yekun saziş isə ötən ilin mayında imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275