NƏQLİYYAT

Azərbaycanda yeni avtomobil yolu çəkiləcək
13 MAY
736

Azərbaycanda yeni avtomobil yolu çəkiləcək

2016-05-13 18:36:00

Prezident İlham Əliyev Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındasərəncam imzalayıb. Fins.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 7 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə 2,5 milyon manat ayrılsın.

2. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275