NƏQLİYYAT

Daha 6 avtobus kart sisteminə keçir
11 MAY
1037

Daha 6 avtobus kart sisteminə keçir

2016-05-11 17:09:00

Bu il iyunun 1-dən Bakının daha 6 avtobus marşrutunda nağdsız gediş haqqının tətbiq ediləcəyi gözlənilir. Bunu Fins.az-a "Xaliq Faiqoğlu" nəqliyyat şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov deyib.

Onun sözlərinə görə, avtobuslarda nağdsız gediş haqqı üçün oxuyan qurğuların quraşdırılması üzrə işləri ayın sonunadək başa çatdırmaq planlaşdırılır.

Söhbət Bakıda 6 marşrut xətti (18, 61, 65, 85, 79 və 96 nömrəli sərnişin avtobusları) üzrə hərəkət edən 130 avtobusdan gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272