NƏQLİYYAT

Sabah Bakıda bu yollar bağlı olacaq -SİYAHI
07 MAY
860

Sabah Bakıda bu yollar bağlı olacaq -SİYAHI

2016-05-07 11:02:00

Sabah - mayın 8-də "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun sona çatması ilə əlaqədar olaraq, paytaxtda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, mayın 8-də səhər saat 09:00-dan 12:00-dək Bakı şəhərində Azadlıq meydanı - Neftçilər prospekti - Nobel prospekti - Zığ şosesi - Qala yolu - Buzovna - Bilgəh - Zuğulba - Buzovna - Hava limanı şosesi marşrutu üzrə, saat 09:00-dan 15:30-dək isə Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı - Nefçilər prospekti - İçərişəhərdə Kiçik Qala küçəsi - Qoşa Qala Qapısı - İstiqlaliyyət küçəsi - Sona xanım Vəliyeva küçəsi - Lermontov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi - Parlament prospekti - Hüseyn Cavid prospekti - Landau küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272