NƏQLİYYAT

Bakıda yerüstü dayanacaq açıldı - FOTOLAR
04 MAY
893

Bakıda yerüstü dayanacaq açıldı - FOTOLAR

2016-05-04 18:21:00

Mayın 4-də Bakının 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.Fins.az xəbər verir ki, dayanacağın açılışında prezident İlham Əlıyev də iştirak edib. Avtodayanacaqla tanış olan dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. Dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür. Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275