NƏQLİYYAT

Rayona gedənlərin nəzərinə - YOLLAR BAĞLANACAQ
03 MAY
1123

Rayona gedənlərin nəzərinə - YOLLAR BAĞLANACAQ

2016-05-03 16:40:00

Bu həftənin sonu Şamaxı rayonu istiqamətində yollar bağlanacaq. Fins.az-ın məlumatına görə, “TOUR d`AZERBAİDJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar mayın 5-i saat 9.30-dan 15.30-a qədər Bakıdan Şamaxı-İsmayıllı istiqamətində, mayın 6-da saat 9.30-dan 15.00-a  qədər Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, mayın 7-i saat 09.30-dan 13.30-a qədər Qəbələ - İsmayıllı - Şamaxı istiqamətində Pirqulu kəndinə qədər nəqliyyatın hərəkəti müvəqqəti dayandırılacaq.

Mayın 8-i səhər saat 09.00-dan 12.00-yə qədər Bakı şəhərində “Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Buzovna – Bilgəh – Zağulba – Buzovna – Hava limanı şosesi” marşrutu üzrə də nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq, saat 9.00-dan 15.30-a qədər isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçəri şəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdi Hüseyn küçəsi – Parlament prospekti – H.Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272