NƏQLİYYAT

Azərbaycanda əsas yollardan birinin təmirinə başlandı - VİDEO
27 APREL
542

Azərbaycanda əsas yollardan birinin təmirinə başlandı - VİDEO

2016-04-27 10:32:00

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulmasına işlərinə başlanılıb.

İlkin mərhələdə 154 kilometr uzunluğunda olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır.

Sözügedən hissənin uzunluğu 16,5 kilometrdır. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarət olacaq. Hazırda mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndiriləcək, hərəkət hissəsinin eni 7.5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3.75 metr olacaq.

Hazırda Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasında olan hissədə torpaq işləri görülür, yol yatağının və yol əsasının tikintisi aparılır.

Layihəyə uyğun olaraq yol geyimi konstruksiyasının qalınlığı 72 santimetr olacaq. Bura 30 sməsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 smaşınma layı daxildir.

Sözügedən hissədə Kürəkçay üzərində 1 aşırımlı, 18 paqon metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılacaq.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi saydı qüvvə cəlb olunub.

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz çəkildə gediş-gəlişi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272