NƏQLİYYAT

"BakuBus" yeni marşrut xəttinin hərəkət trayektoriyasını açıqladı - FOTO
25 APREL
1545

"BakuBus" yeni marşrut xəttinin hərəkət trayektoriyasını açıqladı - FOTO

2016-04-25 16:30:00

Paytaxtda 7 nömrəli marşrut xəttinin hərəkət trayektoriyası açıqlanıb.

"BakuBus" MMC-dən Fins.az-a verilən məlumata görə, 7 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar Mərkəzi parkdan (Qış parkı) başlayaraq, Heydər Əliyev sarayı, Kukla Teatrı, Azneft dairəsi, metronun "İçərişəhər" stansiyası, Şəhidlər xiyabanı, metronun "Elmlər Akademiyası" stansiyası, Yasamal Rayon İcra Hakimiyyəti, ASAN xidmət, Şərifzadə küçəsi, metronun "İnşaatçılar" stansiyası, Milli Onkologiya Mərkəzi, metronun "20 Yanvar" stansiyası, Mir Cəlal küçəsi, Göz Xəstəlikləri İnstitutu və Heydər Əliyev məscid-kompleksinin yanından keçməklə 9-cu mikrorayona doğru hərəkət edəcək.

Qeyd edək ki, 7 saylı xətt aprelin 23-dən etibarən fəaliyyətə başlayıb. Avtobuslar səhər saat 06.00-dan axşam saat 23.30-a qədər işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274