NƏQLİYYAT

Bakıda avtomobillərin hərəkətində - DƏYİŞİKLİK
25 APREL
561

Bakıda avtomobillərin hərəkətində - DƏYİŞİKLİK

2016-04-25 14:17:00

Aprelin 25-dən 27-dək Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi ilə əlaqədar paytaxtın bir sıra avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava limanından şəhər istiqamətində - Aeroport şosesi, Heydər Əliyev, Azadlıq, Neftçilər prospektləri, 10-cu zavod dairəsi, Mehdi Hüseyn, Yusif Səfərov, Zərifə Əliyeva, Rəsul Rza, Niyazi küçələrində, “Azneft dairəsi”, Nərimanov rayonu ərazisindəki bəzi küçələr, həmçinin həmin marşrutla geriyə olan ərazilərdə mərkəzə doğru avtomobillərin hərəkət istiqamətinin fasilələrlə dəyişdirilməsi planlaşdırılır.

Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən otellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270