NƏQLİYYAT

Bakı yollarında yenilik - XÜSUSİ SİQNAL DİRƏKLƏRİ - FOTO
22 APREL
649

Bakı yollarında yenilik - XÜSUSİ SİQNAL DİRƏKLƏRİ - FOTO

2016-04-22 12:31:00

Heydər Əliyev prospektində, “Böyük Şor” yol qovşağına doğru olan istiqamətdə əsas yoldan köməkçi yola keçid üçün nəzərdə tutulmuş xüsusi hissələrdə asfalt üzərinə işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.

Fins.az xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işıq əksetdirici xüsusi siqnal dirəklərinin quraşdırılmasında məqsəd bəzi nizam-intizamsız sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını almaqdır.

Baxmayaraq ki, bu cür halların qarşısını almaq üçün həmin ərazilərdə xəbərdaredici yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə xüsusi qabarıq yolcizgi xətləri çəkilib, ancaq yenə də bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq köməkçi yoldan əsas yola çıxmağa cəhd göstərirdilər. Nəticədə isə digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olurdular və qəza şəraiti yaranırdı.  Hazırda isə sözügedən xüsusi siqnal dirəklərinin quraşdırılması ilə bunun qarşısı tamamilə alınıb.

 Qeyd edək ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılması işləri aparılır.

Bu cür siqnal dirəklərinin quraşdırılması xüsusən sutkanın qaranlıq vaxtlarında avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün vacib bir addımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272