NƏQLİYYAT

Azərbaycan-İran dəmiryolunun təməli qoyulub - FOTO
20 APREL
380

Azərbaycan-İran dəmiryolunun təməli qoyulub - FOTO

2016-04-20 18:18:00

Bu gün Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub.

Fins.az xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Azərbaycan Xarici İşlər Nazirliyinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, İran tərəfindən isə analoji qurumlarının nümayəndələri və hər iki ölkənin səfirləri iştirak ediblər.

Mərasimdə çıxış edən Ş.Mustafayev bildirib ki, körpünün uzunluğu 82 mter, eni 10 metr olmaqla 4 dayaq üzərində inşa ediləcək: "Bu, Azərbaycan-İran əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaq. İki dövlət arasında əməkdaşlığın hüquqi bazası yaradılıb, indiyədək iqtisadi sahədə 40-dan çox olmaqla ümumilikdə 120 sənəd imzalanıb. İran Azərbyacanın əsas ticarət tərəfdaşlarındadır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artıb. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir".

Nazir deyib ki, 2016-cı ilin sonuna qədər Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara dəmir yolu stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272