NƏQLİYYAT

“Avtovağzal” stansiyasının açılışı bəzi marşrutları dəyişdirəcək
19 APREL
824

“Avtovağzal” stansiyasının açılışı bəzi marşrutları dəyişdirəcək

2016-04-19 18:12:00

Bu gün bənövşəyi xətt üzrə “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışı olub. Stansiyaların açılışına daha çox sevinənlər Bakı-Sumqayıt və əksinə istiqamətdə avtobus marşrutlarından istifadə edən sərnişinlərdir.

Yeni stansiyanın istifadəyə verilməsilə bu istiqamətdə hərəkət edən avtobus marşrutlarının hərəkət cədvəlində dəyişiklik olacaqmı?

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı dəyişiklik ola biləcəyini istisna etməyib:

““Avtovağzal” stansiyası bu gün açıldığından marşrut xətlərinin hərəkət cədvəllərində hər hansı dəyişiklik yoxdur.

Növbəti günlərdə sərnişin axını, sərnişin sayı nəzərə alınaraq dəyişiklik olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan stansiyanın layihə işləri "Bakımetrolayihə" İnstitutu tərəfindən yerinə yetirilib. Layihəyə əsasən, "Avtovağzal" stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır.

Yeni xətdə yaradılan həm "Avtovağzal", həm də "Memar Əcəmi" stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.

Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə "Avtovağzal" stansiyası kompleksinin ərazisində yerləşir.  

Mənbə: Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272